Bu da Mir İbiş Ağanın papağı -   Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Bu da Mir İbiş Ağanın papağı - Fotolar

Xalqın səsi

10 İyun 2019 17:03 2890


Goranboyda yayılan video ilə bağlı həmin mərasimin təşkilatçılarından olan 47 il əvvəl iyunun 8-də vəfat etmiş Mir İbiş adlı şəxsin nəvəsi Mirismayıl Məmmədov açıqlama verib.

“Yeni Sabah” xəbər verir ki, o, Sputnik Azərbaycan-a bildirib ki, əlindəki qaloş yox, babasının papağı olub:

"Babam Miribiş ağa 1972-ci ildə iyun ayının 8-də vəfat edib. 47 ildir biz onun anım gününü qeyd edərək ehsan süfrəsi açırıq. Bu məclisə heç kim xüsusi olaraq dəvət olunmur. Azərbaycanın bütün bölgələrindən inanan, tanıyan insanlar gələrək həmin günü seyidin ocağında keçirmək istəyir. Məsələn, bu il ayrı-ayrı yerlərdən 2 mindən artıq insan bu mərasimdə iştirak etmək üçün gəlmişdi" – deyə iddia edib. Marqarita pizza

O, bu mərasimin təşkil edilməsinin xərclərini seyidin nəvələri tərəfindən çəkildiyini, bir hissəsinin isə ziyarətə gələn insanların gətirdiyini bildirib: “Orada yazırlar ki, biz bundan qazanc məqsədilə istifadə edirik. Amma heç oradan yığılan pullar 500 adamın ehsanını görmür. 1500 adamın ehsan pulunu biz özümüz ödəmişik".

Mirismayıl Məmmədov insanların başına qaloş çəkilməsini isə şər və böhtan adlandırıb: “Orada çəkilən videoda görünən və sosial şəbəkə istifadəçilərinin qaloş zənn etdiyi əşya babamın papağıdır. Təxminən 80-90 ilin papağıdır. 2 min insan o papağa əl sürtsə, papaq tamamilə sıradan çıxar. Buna görə onu sellofan torbaya bükmüşdük”.

Seyidin nəvəsi deyir ki, ümumiyyətlə gələn insanlar ağanın istifadə etdiyi əşyaları görməyi, onlara toxunmağı tələb edirlər. Çoxları bu əşyaların kəraməti haqda eşitdiklərindən, onların seyidin nəvəsi tərəfindən üstlərinə sürtülməsini istəyirlər.

Mirismayıl Məmmədov videoda görünən büstün babasının büstü olduğunu bildirib: “Biz xüsusi olaraq hazırlamamışıq, bir nəfər hazırlatdırıb, bizə hədiyyə edib”.

O, mərasim zamanı bəzi insanların ağzına nəsə qoyulmasına da aydınlıq gətirib: “Ziyarətə gələnlərin bəziləri özləri ilə konfet, şirniyyat gətirilər. Biz də bu şirniyyatları büstün yanında stolun üzərinə qoyuruq. İnsanlar büstə yaxınlaşanda da, onlara şirniyyat, konfet veririk”.

Maraqlısı odur ki, Mirismayıl Məmmədov babasının 90 ildən qalma papağının insanlara şəfa verdiyinə, onların arzularını həyata keçirdiyinə özü də inanır. Bu zaman o, bundan qazanc əldə etmədiklərini iddia edir, bəzən insanların belə mərasimlərdə pul verdiklərini bildirir.

Goranboy rayon İcra Hakimiyyətinin Qurbanzadə kənd icra nümayəndəsi Mehman İbrahimov da bu məlumatları təsdiq edərək, insanların başına çəkilən əşyanın Seyid Miribiş ağanın papağı olduğunu deyib: “O görüntülər seyidin ölümünün ildönümündə çəkilib. Videoda büstün yanında papağı insanların başına sürtən isə nəvəsi Seyid Xəlildir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!