“Bu dəfə bizə 44 gün lazım olmayacaq, 4 günə...”

saytların hazırlanması

Evə çatdırılma

“Bu dəfə bizə 44 gün lazım olmayacaq, 4 günə...”

Siyasət

31 Oktyabr 2022 21:27 4108


“Rusyanın Qarabağda hərbi varlığını davam etdirməsi üçün aylardan bəri aparılan siyasətin nəticəsi Xankəndində təşkil olunan mitinqlərdir”.

Politoloq Qafar Çaxmaqlı bunu Xankəndidə təşkil olunan aksiya barədə danışarkən söylədi. Onun sözlərinə görə, bu tədbirin təşkilatçısı birbaşa Rusiyanın hakimiyyət orqanlarıdır: “Erməniləri Xankəndinə köçürüb, onlardan öz məqsədləri üçün istifadə etməklə Rusiya demək istəyir ki, problem həll olunmayıb. Dövlət rəsmiləri səviyyəsində açıq ifadə olunur ki, sülhməramlı kontingentin nəzarətində bölgə hələ uzun müddət belə qalacaq. Ermənistanla Azərbaycan arasında sülh yaradılması Rusiyanı qətiyyən maraqlandırmır, bu proseslər bir addım irəli gedən kimi Rusiyanın maneələri ilə üz üzə qalırıq. Xankəndi mitinqləri də sülh prosesinə zərbədir”. 

Q.Çaxmaqlı bu gün keçirilən Soçi görüşündən də ciddi nəticə çıxacağını gözləmir: “Ermənistan Rusiyaya arxayın olmasaydı, belə bir provakasiyaya imza atmazdı. Azərbaycan yenə öz gücünə və xalqın iradəsinə uyğun addımlar atmalıdır. Ermənilərin işğaldan azad olunmamış ərazilərdə güclənməsinə, onların "gövdə göstərisinə" adekvat cavab verilməlidir. Bunun üçün bizə daha 44 gün lazım olmayacaq, 4 gün kifayət edəcək”. pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!