Bu dəfə xanım deputatın biznes siyahısı yayıldı - Tualet kağızları…

saytların hazırlanması

Evə çatdırılma

Bu dəfə xanım deputatın biznes siyahısı yayıldı - Tualet kağızları…

Siyasət

01 Mart 2019 03:38 2116


Milli Məclisin üzvü, millət vəkili  Aytən Mustafayevanın  çoxsaylı əmlaklarının siyahısı sosial şəbəkədə yayılıb. Oliqarx həyatı yaşayan millət vəkilinin hələ bir neçə il öncə ABŞ-ın Las-Veqas şəhərində kazinolardan birində çəkilmiş fotoları yayılmışdı. Həmin zaman Aytən Mustafayevə bu şəkillərin onun kazinoda əylənərkən çəkildiyini təsdiq etmişdi.

Millət vəkilinin "topdağıtmaz" əmlaklarının siyahısını təqdim edirik.

1. Azad Şirniyyat istehsalat Birliyi (azadsirniyyat.az) - 30 mağaza Marqarita pizza

2. Yasamal rayonu A.M.Şərifzadə küçəsində yeni binada bir neçə mənzil

3. H.Cavid propektində mənzil 

4. İdeal Concept Group ( holdinqin prezidenti oğlu Orxandır, 29 yaşı var) 

5. "One o One” ticarət kompaniyası

6. "Fresh Berry” supermarketlər şəbəkəsi (Dubayda yerləşir) 

7. "Newadvice”- PRO şirkəti

8. "Twilight” yaxta, su oyunları, icarə və menecment şirkəti (Dubay - Jumeriah Beach Hotel, Marina Yacht Club, Marina Mall ərazilərində). Tərkibində yüzlərlə yaxta- ailəvi istirahət, balıq ovu üçün nəzərdə tutulub. 

9. Tualet kağızları biznesi

10. Kartric doldurma biznesi 

11. "Qart" avtomobil mərkəzi 

12. İdeal Concept Groupun baş ofisi Dubayda "Grosvenor Business Tower"də yerləşir, İllik icarə haqqı kimi 520 min dollar pul ödəyir. 

13. İtaliyanın məşhur "Sezak" şirkətinin partnyorudur. 

14. İnşaatçılar metrosunun yaxınlığında şirniyyat evi

15. Bakının bir neçə yerində sifarişlə tort hazırlayan "Sezak" şirniyyat evi 

16. Deputat həm də İnsan Hüquqları İnstitutunun direktorudur, İş yerində və evində bahalı itlər, pişiklər saxlayır

17. Dubayda sahilə yaxın yerdə villa

18. Türkiyədə mənzil

19. Bir neçə ölkədə şirkətlərin tərkibində reklam biznesi

20. Deputatın şirkətləri inşaat sahəsində də fəaliyyət göstərir... və s.

Sfera.az

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!