“Bu dəli bizi növbəti müharibəyə soxacaq” - Tramp

saytların hazırlanması

Evə çatdırılma

“Bu dəli bizi növbəti müharibəyə soxacaq” - Tramp

Dünya

12 Yanvar 2024 16:03 617


ABŞ-ın sabiq prezidenti Donald Tramp Yəmənə qarşı hücumlara münasibət bildirib.

Yenisabah.az xəbər verir ki, bu barədə o, videomüraciət yayımlayıb.

“Budur, Bayden tərəfindən başladılan başqa bir müharibə. Kimsə deyirdi ki, mən Üçüncü Dünya müharibəsinə səbəb olacağam. Bu dəli (Bayden – red.), Müharibə Gücləri Qanununda Yəmənə qarşı "F-22" təyyarələri və “Tomahawk” raketlərindən istifadə edir. Niyə?" pizza sifarişi

Trampın sözlərinə görə, Bayden təkcə fərsiz deyil, həm də açıq-aşkar immiqrasiya siyasəti ilə bütün ölkəni məhv edən çılğın bir dəlidir:

“O, ABŞ-ı cəhənnəmə çevirən bir fəlakətdir. Bu adama görə heç bir səbəb olmadan Üçüncü Dünya müharibəsinə girəcəyik.

Söz verirəm ki, bütün müharibələri qısa müddətdə bitirəcəyəm. Dəli adam bizi növbəti müharibənin içinə soxdu. Üçüncü Dünya müharibəsinə doğru gedirik”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!