“Mən sual vermək istəyirəm: Xankəndi deyən adamların dünyadan xəbəri var? Sadə dildə desək, bir qədər gözləmək lazımdır, zamana ehtiyac var, tədricən bu məsələ həll olunacaq. “Bu dəqiqə Xankəndini ver” deyənlər məsələnin mürəkkəbliyini nəzərə almalıdırlar”.
“Yeni Sabah” xəbər verir ki, bu sözləri “AzPolitika.info”-ya müsahibəsində politoloq Zərdüşt Əlizadə deyib. “Söhbət Xankəndindən yox, prosesin məntiqi nəticəsindən gedir. Bizim müşahidə etdiyimiz odur ki, bir yandan Minsk Qrupunu fəallaşdırırlar, digər tərəfdən status haqqında iddialar səsləndirirlər” sualına cavab olaraq politoloq bildirib:
“Gəlin öncə düşünək, görək Minsk Qrupu nədir. Minsk Qrupu Azərbaycan hökumətinin rəsmən ATƏT-ə müraciəti əsasında yaradılan, Minsk Konfransı ölkələrinin birgə qərarı ilə təsis olunan üç həmsədrin fəaliyyət göstərdiyi vasitəçilik qurumudur. Vasitəçilik qurumu isə yalnız vasitəçilik edir, diktə etmir. Başqa sözlə, vasitəçilər tərəflərə təkliflər hazırlayıb təqdim edirlər. Dördpendirli pizza
Azərbaycana bir neçə təkliflər hazırlamışdılar, amma Bakı onları rədd etdi. Ermənistana da bəzi təkliflər vermişdilər, amma rədd olundu. İndi onlar gəlib bizim başımıza çatı salıb istədiklərini etməyəcəklər ki?..
Gəlib təkliflərini verərlər. Lazım olar qəbul edərik, lazım olmaz, rədd edərik. Bu qədər sadə. Biz boş bir şeyə görə dünya ilə dava etməli deyilik. ATƏT-in özünün heç bir mandatı yoxdur, Minsk Qrupu da icrası vacib olan mandata malik deyil. Belə mandat yalnız BMT Təhlükəsizlik Şurasında var. Çalışmaq da lazımdır ki, məsələ Təhlükəsizlik Şurasında qalxmasın. Bunun üçün yeri gələndə Minsk Qrupu ilə danışmaq lazımdır”.
Telegram kanalımız