Bu ildən imtahanlarda tətbiq edilən ingilis dilində dinləmə bir çoxlarını narahat edən məqamlardan biridir.
Bununla bağlı ekspert, müəllim Elşən Ramizoğlu “Yeni Sabah”a bildirib ki, 11- ci sinif buraxılış imtahanlarında müəyyən məqamlar şagirdlərini və onu narahat edir:
“Buraxılış imtahanında xarici dildən dinləmələr olur. Maraqlı proses budur ki, şagirdlər imtahana başlayan zaman dinləmələr olub. Bu dinləmələrə maksimum 2 dəfə qulaq asa bilərlər. Bəlkə arxada oturan şagird yaxşı eşitməyib, 3 -cü dəfə qulaq assa nə olur ki? pizza mizza
Rus sektoru üzrə ayrıca dinləmələr olur. Bu isə digər sektorda olan şagirdlərin narahatlığına, fikirlərinin dağılmasına səbəb olur. Bilirsiz ki, şagird imtahan başlayan zaman həyəcanlı olur, bu zaman dinləmələr uğurlu olmur, digər tərəfdən şagirdlərin hər birinə qulaqcıq verilməsi daha məqsədə uyğundur. İstənilən zaman qulaq asa bilsin. Şagirdin həyəcanını azaltmaq lazımdır, daha da həyəcanladırmaq deyil”.
Məsələnin həlli yolu ilə bağlı Hədəf Kurslarının Elm və Tədris işləri departamentinin direktoru Elxan Nəcəfovun da fikirlərini öyrəndik. Onun sözlərinə görə, bu mövzu tətbiq edilən imtahan yeniliklərində gözlənilən narahatedici məqamlardan biri idi:
“Məlumdur ki, bu il istər qəbul, istərsə də buraxılış imtahanlarında xeyli yeniliklər tətbiq edilib. Bu yeniliklər suallarla və texniki təşkilati məsələlərlə bağlı idi. Dinləmə mətnlərinin təşkili və imtahan verən üçün qüsursuzluğu narahatlıqla və həyəcanla gözlənilirdi. İmtahan otaqlarında iştirakçıların hamısı üçün mətnin səsləndirilməsi müəyyən sıxıntılar yaradır. Həmçinin qeyd etdiyiniz kimi, eyni otaqda təkcə, ingilis dili yox digər xarici dil mətnlərinin səsləndirilməsi halı baş verdikdə sözsüz ki, imtahan verən abituriyentlər üçün sıxıntılar yaradır, diqqət dağınıqlığına səbəb olur. Məncə, bu çətinlik və narahatedici məqam öz həlli yolunu tapmalıdır. Mətnin 2 dəfə səslənməsi abituriyent üçün yetərlidir. Sadəcə təşkilati məsələdə alternativ və daha səmərəli üsul tapılmalıdır. Çünki gələcəkdə ehtimal olunur ki, Azərbaycan dili fənnindən də dinləmə mətnləri verilsin. Bu halda şagird həm ingilis dili, həm də Azərbaycan dili fənlərinə aid dinləmə mətnlərini yadda saxlamaqda çətinlik çəkə bilər”.
E.Nəcəfovun sözlərinə görə, imtahan suallarında tətbiq edilən yeniliklər imtahan prosesinin təşkili prosesi ilə uzlaşdırılmalıdır:
“Hələ ki, texniki təminat baxımından qulaqcıqlarla təmin olunma təşkil edilməsə də, gələcəkdə bu zərurət halı ala biləcək. Bir daha qeyd edirəm ki, bir neçə xarici dil mətnlərinin səslənməsi və gələcəkdə ana dili fənnindən dinləmə mətnlərinin tətbiq olunma ehtimalı bu zərurəti tələb edir. Həmçinin imtahan üçün qeydiyyatdan keçən abituriyentlərin imtahan otaqlarına yerləşməsində proqram təminatında bir məqamı diqqətdə saxlamaq olar. Abituriyentlər otaqlara elə yerləşdirilsin ki, eyni otaqda xarici dil olaraq həm ingilis, həm alman, həm də fransız dilindən imtahan verən olmasın. Bir otaqda yalnız eyni xarici dildən imtahan verənlər yerləşsin. Beləliklə də yalnız 1 mətnin səsləndirilməsinə ehtiyac qalar”.
Əsmər Qabil
Telegram kanalımız