Bu dövlət qurumları ləğv olundu

saytların hazırlanması

Evə çatdırılma

Bu dövlət qurumları ləğv olundu

Rəsmi

03 Fevral 2025 23:04 641


Azərbaycan Respublikası Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi və Azərbaycan Dövlət Tərcümə Mərkəzi ləğv olunduqlarını elan ediblər.

Yenisabah.az xəbər verir ki, bu barədə Dövlət Vergi Xidmətinin “Vergilər” qəzeti məlumat yayıb.

Qeyd edək ki, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Prezidentin 2018-ci il 1 noyabr tarixli 323 nömrəli fərmanının 1-ci və 4-cü hissələrinin icrasını təmin etmək məqsədilə Nazirlər Kabinetinin 1 avqust 2019-cu il tarixli qərarı ilə yaradılıb. Toyuqlu pizza

Dövlət Tərcümə Mərkəzi isə Prezident İlham Əliyevin 23 may 2012-ci il tarixli, 2236 saylı sərəncamı ilə yaradılıb.

Hər iki qurum Prezidentin 21 noyabr 2024-cü il sərəncamı ilə ləğv edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!