“2-3 il öncə Azərbaycanda nəhəng bir Data Mərkəz istifadəyə verilib. Operatoru da NRYTN- in AzİnTelecom dövlət qurumudur”.
“Yeni Sabah” xəbər verir ki, bunu "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz bildirib. O, qeyd edib ki, Data Mərkəz qurulmağa başlayanda UNDP dəstək veiridi, sonralar isə büdcədən milyonlarla vəsait ayrılıb. Yüksək standartlara malik olan bu Data Mərkəzin ölkəmiz üçün əhəmiyyəti hədsiz böyükdür. Mərkəz bir neçə istiqamətdə fəaliyyət göstərir, müxtəlif İT xidmətlər təklif edir; “Gözləntilər vardı ki , bu qurum xarici resurslardan asılılığı azaldacaq, dövlət xərclərini optimallaşdıracaq, gəlirlər əldə edəcək, eGov quruculuğuna yardım edəcək, korporativ qurumlara xidmətlər təklif edəcək, global resursları Azərbaycana cəlb edəcək və s.”.
Bəs artıq 2 ili tamam olan DATA Mərkəz gözləntiləri doğruldubmu? O. Gündüz bildirib ki, bu suala cavab vermək hələlik çox çətindir. Qurumun fəaliyyətinin nəticələri ilə bağlı hesabatlılıq, şəffaflıq yetərli deyil. Sadəcə , son iki ildə Data Mərkəz bir sıra təqdimatlar edib, xidmətlərini təqdim edib: “Müşahidələr göstərir ki, bu dövlət qurumun biznes modelində, fəaliyyətinin qurulmasında ciddi qüsurlar var. AzİnTelecom əvvəllər böyük şirkətlərə İP telefoniya xidmətləri göstərirdi. Yəni böyük şirkətlərə SİP nömrələr təklif edirdi, şirkətlər də bu xidmət üçün 50 000 manat lisenziya haqqı ödəyirdilər. Və bu lisenziyanı əldə edən şirkətlər də kiçik və orta biznesə internet üzərindən bu nömrələrin satışını həyata keçirirdilər. pizza
İndi baxıram ki, artıq AzİnTelecom özü birbaşa telefon nömrə satışı (012 200 xx xx) ilə məşğul olmağa başlayıb. Yəni qurum, həm xidmət üçün lisenziyanı verir, həm də elə özü də xidməti göstərir. Bu nəhəglikdə şirkət artıq telefon nömrələrin satışını həyata keçirir. Nəticəsi isə ondan ibarət olacaq ki indiyədək bu xidməti göztərən Delta (012 404 xx xx), AzerTelecom (012 310 xx xx), Smart Systems, Castel və s. şirkətlərini bazarda xeyli sıxışdıracaq”.
O. Gündüzün sözlərinə görə eyni zamanda AzİnTelecom açıqlama verib ki, indi də Virtual ATS xidmətləri də təqdim edəcək: “İndiyədək bunu bir-iki kiçik və orta səviyyəli şirkətlər edirdi. Bunlar sadəcə hansısa bir korporativ şirkətdə sadəcə bir server qurmaqla aylıq xidmət haqqı alaraq biznes qururdular. Deməli bu sahənin də inkişafının əngəllənəcəyini gözləmək olar.
Halbuki AzİnTelecom qarşısında duran əsas vəzifə dövlətə məxsus məlumat bazaları sahəsində, İT xidmətlər sahəsində dövlət xərclərini optimallaşdırmaq, yeni biznes sahələri üçün mühit yaratmaq, biznesə yeni İT həllər təqdim etmək olmalıydı. Hələ də bəzi dövlət qurumları özləri üçün serverlər alırlar, özəl DATA Mərkəzləri yeniləyirlər.
AzİnTelecom isə telefon nömrəsi satmağa üstünlük verir.
Düşünürəm ki, AzİnTelecom dövlət xərclərinin optimallaşdırlması və İT biznes mühitin inkişafına yönəlik fəaliyyətə üstünlük verməlidir”.
Telegram kanalımız