Bu, dünyadakı ilk filmdir ki...

saytların hazırlanması

Evə çatdırılma

Bu, dünyadakı ilk filmdir ki...

Mədəniyyət

12 Avqust 2020 09:08 597


"Ağıllı" telefonların satışa çıxarılması ilə birgə həyatımızın bir parçasına çevrilən şaquli videoların yeni çağı başlayır.

“Yeni Sabah” Ted.az-a istinadən bildirir ki, Damien Chazelle iPhone ilə çəkdiyi şaquli film "Dublyor" ilə yeni cığır açıb.

Şaquli videolar əvvəllər çox tənqid edilir, hamını üfiqi video çəkməyə səsləyirdilər. Ancaq daha sonra sosial şəbəkələrinin təsirilə yeni format adiləşdi. Hətta Samsung şaquli videolara uyğun Sero adlı televizor modeli də təqdim etdi. İndi bu formatı gündəmə gətirən Damien Chazelle oldu. pizza

Apple-dan verilən açıqlamada bildirilir ki, Damien Chazelle-in iPhone 11 Pro ilə çəkdiyi qısa filmi "Dublor" kinematoqrafiya tarixinə baxışdır: "Triller, səssiz film, casusluq və Western kimi klassik film janrlarını şaquli ekranda izləyərək kinonun yaxından tanıdığımız və çox sevdiyimiz sehrini yeni rakursdan kəşf edəcəyik".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!