“Bu, dünyaya ciddi mesajdır” - İlham Əliyev

saytların hazırlanması

Evə çatdırılma

“Bu, dünyaya ciddi mesajdır” - İlham Əliyev

Siyasət

20 Oktyabr 2022 20:15 1045


"Bu gün Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının növbəti təntənəsidir. Türkiyə kimi qüdrətli ölkə bizim qardaşımızdır. Bu, bizim üçün böyük xoşbəxtlikdir və İkinci Qarabağ savaşı, savaşdan sonrakı dövr bu birliyi daha da gücləndirdi".

Yenisabah.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Cəbrayıl şəhərində mətbuata bəyanatında söyləyib.

Keçən il Şuşa Bəyannaməsinin imzalandığını xatırladan dövlət başçısı deyib ki, bununla da Türkiyə və Azərbaycan rəsmən bütün sahələrdə müttəfiq oldu. Sezar pizza

“Bu, həm xalqlarımıza ciddi gözaydınlığıdır, eyni zamanda, bölgəyə və dünyaya ciddi mesajdır. Çünki Türkiyə-Azərbaycan birliyi bölgədə çox önəmli bir faktordur. Bu, sülh, sabitlik faktorudur, ancaq, eyni zamanda, əgər kimsə yenə də bizə qarşı ədalətsiz hərəkət etmək istəsə, əlbəttə ki, bu faktoru ciddi nəzərə almalıdır" - dövlət başçısı əlavə edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!