Bu ərazilərdə işıq olmayacaq

saytların hazırlanması

Evə çatdırılma

Bu ərazilərdə işıq olmayacaq

Sosial

16 Aprel 2026 08:56 240


Bu gün Maştağa Enerji Təchizatı və Satışı İdarəsinə (ETSİ) daxil olan ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bu barədə "Yeni Sabah"a "Azərişıq" ASC-dən məlumat verilib.

Bildirilib ki, Maştağa ETSİ-nin ərazisində 35/6 kV-luq 492 saylı yarımstansiyada yeni 16 MVA gücündə transformator dövrəyə qoşulacaq. pizza

Məlumata görə, yenidənqurma işi ilə əlaqədar saat 12:00-dan 16:00-dək Maştağa, Ramana qəsəbələrinin və Savalan daş karxanası yaşayış ərazisinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir və yenidənqurma işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!