Bu ərazilərdə təmir işləri aparılır

saytların hazırlanması

Evə çatdırılma

Bu ərazilərdə təmir işləri aparılır

Avto

02 May 2019 07:57 1086


Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı şəhəri, Qala Pirallahı avtomobil yolunda nəqliyyat qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılır.

“Yeni Sabah” xəbər verir ki, bundan başqa Nobel prospektində üfüqi nişanlanma xətləri yenidən rənglənir.

Gecə saatlarında isə Heydər Əliyev prospektinin şəhər istiqamərtində olan hissəsində də üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq. İşlər saat 22:00-dan başlayaraq səhər saatlarınadək davam edəcək. pizza mizza

Bu üzdən sürücülərdən göstərilən saatlarda sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!