Bu ərazilərdə təmir işləri aparılır

saytların hazırlanması

Evə çatdırılma

Bu ərazilərdə təmir işləri aparılır

Avto

13 May 2019 09:39 1143


Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı-Ələt-Qazax Gürcüstan respublikası ilə dövlət sərhədi avtomobil yolunun Bayraq meydanı ərazisindən başlayaraq 120-ci km-lik hissəsinədək nəqliyyat qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılır.

Bu barədə “Yeni Sabah”a Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Bundan başqa Bakı şəhəri, Xəqani və Səməd Vurğun küçələrində, həmçinin Bakı Dəmiryolu vağzalının qarşısında üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq. İşlər saat 22:00-dan başlayaraq səhər saatlarınadək davam edəcək. Sezar pizza

Bu üzdən sürücülərdən göstərilən saatlarda sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!