Bu evlər hər an çökə bilər

saytların hazırlanması

Evə çatdırılma

Bu evlər hər an çökə bilər

Sosial

18 Aprel 2026 21:04 1946


Paytaxtın Səbail rayonunda yerləşən yaşayış evlərindən bəziləri ciddi təhlükə ilə üz-üzə qalıb. Ərazidə baş verən torpaq sürüşməsi nəticəsində yolun bir hissəsi çöküb, həyətyanı sahələrdə və hasarlarda isə iri çatlar yaranıb. Mövcud vəziyyət yuxarı hissədə yerləşən evlərin aşağıdakı tikililərin üzərinə uçmaq riskini artırır.

“Yeni Sabah” Milli.az-a istinadla xəbər verir ki, söhbət Bayıl qəsəbəsi, Badamdar yolu üzərində yerləşən 15B və 5D ünvanlarından gedir.

Bildirilir ki, burada təxminən 10 mənzilin sakinləri təhlükəli şəraitdə yaşamağa məcburdurlar. Marqarita pizza

Onların sözlərinə görə, məsələ ilə bağlı müvafiq qurumların nümayəndələri əraziyə baxış keçiriblər.

Buna baxmayaraq, sakinlərin köçmək üçün alternativ yerləri olmadığından, riskə baxmayaraq evlərində qalmağa davam edirlər.

Sakinlər qeyd edirlər ki, bu cür hallar ilk dəfə baş vermir. Daha əvvəl də oxşar təhlükəli vəziyyət yaranıb və onlar imkan daxilində özləri müəyyən qabaqlayıcı tədbirlər görüblər.

Məsələ ilə bağlı açıqlama verən Fövqəladə Hallar Nazirliyi bildirib ki, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən əraziyə baxış keçirilib, vəziyyət sənədləşdirilərək akt tərtib olunub və aidiyyəti üzrə yerli icra hakimiyyətinə təqdim edilib.

Səbail Rayon İcra Hakimiyyətindən isə bildirilib ki, torpaq sürüşməsi ilə bağlı müvafiq qurumlara rəsmi şəkildə müraciətlər göndərilib və problemin həlli istiqamətində addımlar atılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!