Bu il ən yaxşı film nominasiyasında Oskar mükafatını “Yaşıl kitab” (Green Book) filmi alıb.
“Yeni Sabah” xəbər verir ki, 91-ci Akademiya Mükafatları mərasimində film 3 Oskara layiq görülüb. “Yaşıl kitab” ağdərili kişinin Afrika mənşəli amerikalı pianoçu Don Shirleyni 1960-cı illərdə ABŞ-ın cənub ştatlarında gəzdirməsilə bağlı real hekayədən bəhs edir.
Rami Malek isə “Bohemian Rhapsody”də ən yaxı aktyor oyununa görə Oskara layiq görülüb. Bu film “Quenn” rok qrupunun əsas üzvü Freddie Mercury barədədir. Misir əsilli Malek Los Anceles sakinidir. Sezar pizza
Britaniyadan Olivia Colman “The Favourite” tarixi komediyasındakı roluna görə ən yaxşı aktrisa nominasiyasında Oskarla təltif olunub. Colman Britaniyanın 18-ci əsr kraliçası Annanın obrazını yaradıb.
Telegram kanalımız