“Bu, gerizəkalılıq və milli mənsubiyyətini danmaqdır” - Deputatdan sərt açıqlama

saytların hazırlanması

Evə çatdırılma

“Bu, gerizəkalılıq və milli mənsubiyyətini danmaqdır” - Deputatdan sərt açıqlama

Siyasət

06 Fevral 2019 19:33 1248


“Mən Məhəmməd Əmin Rəsulzadənin Moskvada yubileyinin keçirilməsinin əngəllənməsi xəbərindən çox peşman oldum. Əgər iddialar doğrudursa və Cümhuriyyətimizin banisinin ruhunu narahat edənlər bu millətin nümayəndələrindəndirsə, onlara yazıqlar olsun”. 

Bunu istiqlalçı millət vəkili Vahid Əhmədov Rusiyanın paytaxtı Moskva şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin yubileyinin qarşısının alınmasına münasibət bildirərkən deyib. Millət vəkili məsələnin ciddi araşdırılmasının vacib olduğunu düşünür: “Nahaq yerə deyilmir ki, o KİŞİnin daşı çox ağırdır, amma o daş o adamların təpəsinə düşməlidir və düşür ki, onun bu millət üçün etdiklərini anlamırlar. Sağlığında qiymət verilməsə də, heç olmasa, ölümündən 65 il sonra qədrini-qiymətini dərk etmirlər. Bu, gerizəkalılıqdır və milli mənsubiyyətini danmaqdır. 

Amma Rəsulzadə elə bir günəşdir ki, qarşısından min illər boyu hansı səmtdən gələn qara buludlar keçsə belə, onun hərarətini, şəfəqlərini örtmək kimsəyə nəsib olan deyil. Hesab edirəm ki, rəsmi qurumlar tərəfindən də məsələ araşdırılmalıdır və Moskvada baş verənlərdə kimlərin müdaxiləsi olduğu üzə çıxarılmalıdır. Nəzərə almaq lazımdır ki, cənab prezident İlham Əliyev Cümhuriyyətimizə və onun qurucularına dərin hörmət və ehtiram bəslədiyini verdiyi sərəncamlarla ifadə edib və əlaqədar qurumların da borcudur ki, Rəsulzadəyə qarşı bu hörmətsizliyi ifşa etsinlər”. Sezar pizza

Moderator.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!