Bu gün Arayikin son günüdür: İstefa verməyə hazırdır

saytların hazırlanması

Evə çatdırılma

Bu gün Arayikin son günüdür: İstefa verməyə hazırdır

Siyasət

31 Avqust 2023 10:00 417


Qondarma rejimin “rəhbəri” Araik Arutyunyan bu gün “istefa” verə bilər.

Yenisabah.az “Hraparak”a istinadla xəbər verir ki, bu barədə erməni nəşrinin Qarabağdakı mənbələri məlumat verib.

Qəzet iddia edir ki, mövcud vəziyyətdən çıxış yolunu tapmayan separatçı “lider” bu gün istefa verərək bütün səlahiyyətlərini “Qarabağ Təhlükəsizlik Şurası”nın müavininə ötürəcək. Sezar pizza

Xatırladaq ki, A. Arutyunyan bundan öncə də “istefa” vermək istədiyini bəyan etsə də, separatçı rejim “siyasi elitası”nın bir sıra üzvləri – keçmiş tanınmamış “DQR” “rəhbərləri” Bako Saakyan, Arkadi Qukasyan, sabiq “dövlət naziri” Ruben Vardanyan, habelə qondarma quruma məxsus “müxalifət fraksiyaları” onu bu əməldən vaz keçməyə məcbur etmişdi.

Lakin buna baxmayaraq, bir sıra erməni nəşrləri bildirib ki, Araik Arutyunyan “istefa”sını ertələsə də, o, bu barədə qətidir və bu addıma gedəcək.

Rəsmi İrəvanın isə artıq onun “postu”na yeni namizədin adını artıq bəlli edib. Belə ki, qondarma “Artsax”ın sabiq “xarici işlər naziri”, Nikol Paşinyanın adamı və sorosçu Masis Mayilyan hazırda Ermənistan siyasi isteblişmenti tərəfindən Qarabağ separatçılarının yeni “rəhbəri” olması üçün təklif edilib. Hətta qəzet iddia edir ki, qondarma qurumun “təhlükəsizlik şurası”nın sabiq “katibi” Samvel Babayan hazırda İrəvanın tərəfindən dəstəklənməsə də, Paşinyan iqtidarı Qarabağda ona da “vəzifə” verə bilər. S. Babayana qondarma rejimin “dövlət naziri” “vəzifəsi”nin veriləcəyi iddia edilir.

Qeyd edək ki, hazırda bu “vəzifə”də Paşinyan hakimiyyətinə yaxınlığı ilə seçilən Qurgen Nersisyan çalışır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!