Bu gün Azərbaycanda dəhşətli istilər olacaq

saytların hazırlanması

Evə çatdırılma

Bu gün Azərbaycanda dəhşətli istilər olacaq

Sosial

30 Avqust 2024 08:59 336


Bu günə ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən Yenisabah.az-a verilən xəbərə görə, bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. 

Havanın temperaturu gecə 21-26° isti, gündüz 32-37° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 40-45 % olacaq.  pizza sifarişi

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə zəif duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 33-38° isti, dağlarda gecə 13-18° isti, gündüz 21-26° isti olacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!