Bu gün Elçibəyin oğlunun toyudur

saytların hazırlanması

Evə çatdırılma

Bu gün Elçibəyin oğlunun toyudur

Maraqlı

30 İyul 2021 09:41 1172


Bu gün mərhum eks-prezident Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyevin toyudur.

Yenisabah.az xəbər verir ki, Ərturqut Əliyevin həyat yoldaşı Aytək Yusifli Elçibəyin qohumu və silahdaşı olmuş Mirhadi Yusiflinin qızıdır.

İyulun 22-də Naxçıvanda qız toyu olub. Bu gün Bakıda oğlan toyu keçiriləcək. pizza

Ə.Əliyev hazırda Fövqəladə Hallar Nazirliyində işləyir. O, bundan əvvəl saytımıza açıqlamasında bildirib ki, fövqəladə hallar naziri Kəmaləddin Heydərovu toyuna dəvət edib. Ancaq mərhum prezidentin oğlu atasının silahdaşı olmuş cəbhəçiləri toyuna çağırmayıb.

Xatırladaq ki, Əbülfəz Elçibəy 1992-93-cü illərdə Azərbaycan Respublikasının prezidenti olub. Elçibəy 22 avqust 2000 -ci ildə vəfat edib. Bakıdakı Fəxri Xiyabanda dəfn olunub.

Elçibəyin iki övladı var: qızı Çilənay bir neçə ildir ki, ailəsilə birgə Türkiyədə yaşayır, oğlu Ərturqut Bakıda Fövqəladə Hallar Nazirliyində çalışır.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!