Dekabrın 13-ü Ermənistan-Azərbaycan sərhədində 5 gün əvvəl elan edilmiş hərbi əsirlərin mübadiləsi baş tutacaq.
Yenisabah.az Turan-a istinadla xəbər verir ki, bu barədə agentliyinə məlumatlı mənbələri danışıb.
“Azərbaycanın 32 erməni məhbus və Ermənistanın 2 Azərbaycan əsgərini azad edəcəyi gözlənilir. Sezar pizza
Erməni hərbçiləri 2020-ci ilin dekabrında Hadrut bölgəsində və ondan sonrakı dövrdə Ermənistan-Azərbaycan sərhədinin müxtəlif hissələrində və Qarabağın özündə tutulan hərbçilərdir”, - deyə mənbə vurğulayıb.
Azərbaycanlı əsirlər isə dumanlı havada Ermənistan ərazisinə keçən hərbçilərdir.
Telegram kanalımız