Bu gün Faiq Ağayev Avropanın 43 ölkəsinin televiziyasında

saytların hazırlanması

Evə çatdırılma

Bu gün Faiq Ağayev Avropanın 43 ölkəsinin televiziyasında

Şou

18 May 2019 09:56 1777


Bu gün "Eurovision 2019" mahnı müsabiqəsinin finalı olacaq.

"Yeni Sabah"ın məlumatına görə, İsrailin paytaxtı Tel-Əvivdə Expo Mərkəzdə finala keçən ölkələrin təmsilçiləri səhnəyə çıxaraq bir daha mahnılarını səsləndirəcəklər.

26 ölkənin finalçısının yer aldığı gecədə Yunanıstan, Belarus, Serbiya, Kipr, Estoniya, Çexiya, Avstraliya, İslandiya, San-Marino, Sloveniya, Şimali Makedoniya, Niderland, Albaniya, İsveç, Rusiya, Danimarka, Norveç, İsveçrə, Malta, Azərbaycan, Böyük Britaniya, Fransa, İtaliya, İspaniya, Almaniya və ev sahibi İsrail təmsilçiləri səhnəyə çıxacaq. Toyuqlu pizza

Təmsilçilərdən başqa finalda dünya ulduzu Madonna da mahnı oxuyacaq. Bunun üçün 1,5 milyon dollar alan müğənni cəmi 1 mahnı səsləndirəcək.

64-cü "Eurovision" yarışmasında ölkəmizi təmsil edən Çingiz Mustafayev 20-ci nömrə altında "Truth" mahnısını ifa edəcək.

Qeyd edək ki, final saat 23:00-da İTV-də bəstəkar-müğənni Murad Arifin şərhi ilə canlı yayımlanacaq. Azərbaycan tərəfdən səsləri Xalq artisti Faiq Ağayev elan edəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!