Bu gün Günəş tutulması olacaq 

saytların hazırlanması

Evə çatdırılma

Bu gün Günəş tutulması olacaq 

Sosial

02 Oktyabr 2024 14:08 389


Bu gün cari ilin son tutulma hadisəsi baş verəcək. Bu tutulma halqalı Günəş tutulması olacaq. 

Bu barədə Yenisabah.az-a Nəsirəddin Tusi adına şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib. 

Bildirilib ki, halqalı tutulma Ay apogeydə (Yerdən maksimum uzaqlıqda) və yaxın nöqtələrdə olduğu zaman baş verir. Bu zaman Ay diskinin görünən ölçüsü kiçildiyi üçün Günəşi tam örtə bilmir və Ay diskinin kənarında nazik işıqlı halqa qalır.  Sezar pizza

Tutulma hadisəsi əsasən Sakit okeana düşsə də, ümumilikdə Cənubi Amerika, Şimali Amerikanın cənubu, Atlantik okeanı və Antarktidanı əhatə edəcək. Halqalı tutulmanı isə Çili və Argentinadan müşahidə etmək mümkün olacaq, Bakı vaxtı ilə saat 19:42 başlayıb saat 01:47-də bitəcək tutulmanın maksimumu saat 22:45-ə uyğun gəlir. Maksimal tutulma 7 dəqiqə 24 saniyə davam edəcək. 

Məlumatda qeyd edilib ki, tutulma hadisəsi Azərbaycandan müşahidə olunmayacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!