Bu gün işdən çıxmışdı -   Yeni vəzifəyə təyin oldu

saytların hazırlanması

Evə çatdırılma

Bu gün işdən çıxmışdı - Yeni vəzifəyə təyin oldu

İqtisadiyyat

08 Yanvar 2026 16:40 6021


Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinə yeni direktor təyin olunub.

“Yeni Sabah” xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb. 

Bildirilib ki, maliyyə naziri Sahil Babayevin əmri ilə Sadiq Əliyev Dövlət Xəzinədarlıq Agentliyinin direktoru vəzifəsinə gətirilib.  Toyuqlu pizza

Qeyd edək ki, Sadiq Cabir oğlu Əliyev 1984-cü ildə anadan olub, 2001-2005-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində maliyyə-kredit ixtisası üzrə bakalavr, 2005-2007-ci illərdə magistr dərəcəsi üzrə təhsil alıb.

2006-2019-cu illərdə İqtisadiyyat Nazirliyində müxtəlif vəzifələrdə, 2019-cu ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Strateji planlaşdırma və innovasiyalar şöbəsinin müdiri vəzifəsində işləyib.

S.Əliyev 2024-cü ilin may ayından hazırkı təyinata qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri vəzifəsində çalışıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!