Bu gün görkəmli teatr-kino rejissoru, aktyor Adil İsgəndərovun doğum günüdür.
Yenisabah.az xəbər verir ki, rejissor 1910-cu il mayın 5-də Gəncə şəhərində anadan olub. 1936-cı ildən Akademik Dövlət Teatrına qədəm basan Adil İsgəndərov çox keçməmiş teatrda baş rejissor, sonra isə direktor seçilib və 25 ilə yaxın orada çalışıb. "Xanlar", "Fərhad və Şirin", "Aydın", "1905-ci ildə", "Dumanlı Təbriz", "Şərqim səhəri", "Otello", "Türkiyədə" və s. əsərləri tamaşaya qoyan rejissor səhnəyə həmişə yeni nəfəs, yeni ruh gətirib. "O olmasın, bu olsun", "Uzaq sahillərdə", "Qara daşlar", "Məhəbbət dastanı" filmlərində də onun ifa etdiyi qəhrəmanlar özünü tamaşaçıya sevdirməyi bacarıb. Amma bədii filmlərdə yaratdığı müxtəlif xarakterli ən uğurlu işi "Axırıncı aşırım" filmində yaratdığı Kərbəlayi İsmayıl idi. Arxadan vurulan zərbə" filmindəki prokuror Dadaşlı rolu onun kinoda son aktyor işi idi.
Adil İsgəndərov 1978-ci ildə dünyasını dəyişib. Pepperoni pizza
Telegram kanalımız