Bu gün köləliklə mübarizə günüdür 

saytların hazırlanması

Evə çatdırılma

Bu gün köləliklə mübarizə günüdür 

Sağlamlıq

02 Dekabr 2019 07:25 1431


2 dekabr - Köləliyin ləğv edilməsi uğrunda beynəlxalq mübarizə günüdür. 

“Yeni Sabah” xəbər verir ki, bu tarix BMT-nin Baş Assambleyasının insan alverinə qarşı mübarizə haqqında konvensiyanı qəbul etməsi ilə bağlıdır. BMT-nin hesablamalarına görə hazırda dünyada 21 milyon qadın, kişi və uşaq köləlik şəraitində yaşayır. Bu isə köləliyin hələ də tamamilə aradan qaldırılmadığını göstərir. 

Hər il milyonlarla adam alver, zor gücünə cəlbetmə, yaxud digər məcburiyyət metodları nəticəsində istismaredici əmək şəbəkəsinin cənginə keçir və bu asılılıqdan can qurtara bilmir. Yüz minlərlə adam istismaredici əmək sistemi olan emalatxanalarda, tarlalarda, şaxtalarda əldən düşənə qədər işləyir, yaxud evlərdə onlardan hüquqsuz işçi qüvvəsi kimi istifadə olunur. pizza mizza

Beynəlxalq Əmək Təşkilatının hesablamalarına görə, icbari əmək qurbanlarının sayı hazırda təqribən 21 milyon nəfərdir. Çarəsizlik içində olan bu adamlar istismarın ən sərt formalarına, həqarətlərə və zorakılığa, o cümlədən seksual və gender zorakılığına məruz qalırlar.

İllərdir BMT köləliyin bütün müasir formalarının, o cümlədən icbari əməyin, uşaq əməyinin ən pis formalarının, məcburi nikahların, son dərəcə ağır əmək şəraitinin və insan alverinin ləğv edilməsi ilə bağlı çağırışlar etsə də, böyük nəticələrin əldə olunduğunu söyləmək olmaz. 

Azərbaycanda da bu problemin həlli üçün, zaman –zaman müxtəlif addımlar atılıb. Respublikamız 1996-cı ildə BMT-nin “Köləliyin ləğv edilməsi haqqında”, “İnsan alveri və fahişəliyin üçüncü şəxslər tərəfindən istismarı ilə mübarizə haqqında” konvensiyalarına, 2003-cü ilin may ayında isə “Transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə haqqında” Konvensiyaya və onun Protokollarına qoşulub. Bununla köləliyə qarşı mübarizədə barışmaz mövqedə olmasını bir daha sübut edib.

Azərbaycan Respublikası qanunvericiliyində “İnsan alveri”ni qismən tənzimləyən 10 maddə var. Bundan başqa, ölkəmizdə bu cinayətin potensial subyektləri hesab edilən uşaq və qadınların hüquq və azadlıqlarının müdafiəsinə yönəlmiş bir sıra normativ hüquqi aktlar da qəbul edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!