Radio və televiziya yayımı 9 saatlıq dayandırıldı

saytların hazırlanması

Evə çatdırılma

Radio və televiziya yayımı 9 saatlıq dayandırıldı

Rəqəmsal

10 İyun 2019 07:38 1321


10 iyun tarixində saat 06:00-dan 15:00-dək ölkə ərazisində radio və televiziya proqramlarının yerüstü yayımında fasilə olacaq.

"Yeni Sabah" xəbər verir ki, səbəb Radio Televiziya yayımı və Peyk rabitəsi İstehsalat Birliyi tərəfindən növbəti kompleks profilaktika işlərinin aparılmasıdır.

Qeyd edək ki, kompleks profilaktika radio-televiziya proqramlarını istehsal edən şirkətlərlə öncədən razılaşdırılmış qrafik əsasında il ərzində bir neçə dəfə aparılır. Toyuqlu pizza

Qrafikə əsasən, növbəti kompleks profilaktika işlərinin 16 sentyabr tarixində aparılması nəzərdə tutulub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!