Bu gün şəhid Xudayarın 33 yaşı tamam olur

saytların hazırlanması

Evə çatdırılma

Bu gün şəhid Xudayarın 33 yaşı tamam olur

Maraqlı

15 İyul 2021 11:31 1419


Vətən Müharibəsi şəhidi, "Vətən yaxşıdır" mahnısı ilə dastana dönən Xudayar Yusifzadənin bu gün doğum günüdür.

Yenisabah.az xəbər verir ki, 1988-ci il iyulun 22-də Bərdə şəhərində anadan olan kiçik gizir Xudayar Yusifzadə oktyabrın 23-də Zəngilanın Ağbənd qəsəbəsi uğrunda ağır yaralanaraq şəhid olub.

O, Bərdənin Şəhidlər xiyabanında dəfn olunub. Şəhid X.Yusifzadə ölümündən sonra "Vətən uğrunda" və "Zəngilanın azad olunmasına görə" medalları, "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib. pizza hut

Xudayar Yusifzadə 2016-2018-ci illərdə Dövlət Təhlükəsizliyi Xidmətinin "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. Daha sonra isə o, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edərək "gizir" hərbi rütbəsi alıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!