Dövlət İmtahan Mərkəzi (DİM) 2019-cu ildə ali təhsil müəssisələrinin bakalavr səviyyəsinə qəbul imtahanının ikinci mərhələsinin modelinə uyğun sınaq imtahanı keçirir.
“Yeni Sabah” xəbər verir ki, imtahanda iştirak etmək üçün internet vasitəsilə 28 337 abituriyent qeydiyyatdan keçib. İmtahanlar Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Şəmkir, Qazax, Tovuz, Şəki, Mingəçevir, Zaqatala, Bərdə, Ağcabədi, Göyçay, Şamaxı, İsmayıllı, İmişli, Füzuli, Sabirabad, Salyan, Kürdəmir, Şirvan, Xaçmaz, Lənkəran, Cəlilabad, Masallı şəhərlərində ümumilikdə 55 binada təşkil olunacaq.
Sınaq imtahanı bütün binalarda saat 11:00-da başlanacaq, 3 saat davam edəcək. Abituriyentlərə hər fənn üzrə 30 test tapşırığı təqdim olunur. Bu tapşırıqların 22-si qapalı, 8-i isə açıq formalıdır. Dördpendirli pizza
İmtahanların idarə edilməsi üçün 180 imtahan rəhbəri, 1654 nəzarətçi-müəllim ayrılıb.
Telegram kanalımız