Bu gün sülh müqaviləsi imzalanacaq? – Amerikalı ekspertlər “yox” deyir

saytların hazırlanması

Evə çatdırılma

Bu gün sülh müqaviləsi imzalanacaq? – Amerikalı ekspertlər “yox” deyir

Siyasət

06 Oktyabr 2022 13:17 1921


“Hesab edirəm ki, sizin istinad etdiyiniz mətbuat xəbərlərində hansısa anlaşılmazlıq və ya səhv ola bilər. Çünki bu gün Praqada imzalana bilənəcək hər hansı bir sülh müqaviləsi yoxdur”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza deyib.

Eks-səfir Çexiyanın paytaxtı Praqada keçiriləcək olan Əliyev-Paşinyan görüşündə sülh müqaviləsinin imzalanacağı ilə bağlı erməni mətbuatının ortaya atdığı iddiaya münasibət bildirib. pizza hut

“İndiyə qədər aparılan müzakirələr, məsələn, Prezident Əliyevlə Baş nazir Paşinyanın avqustun 31-də baş tutan görüşü yekun sülh müqaviləsinə nail olmaq üçün bu prosesdə ciddi danışıqların başlaya biləcəyi ilə bağlı olub. Ona görə də bu danışıqlar Azərbaycan və Ermənistan arasında diplomatik münasibətlərin tarixində həqiqətən də görünməmiş səviyyədə tam məxfilik şəraitində aparılmasa, təsəvvür edə bilmirəm ki, bu gün sülh müqaviləsi imzalana bilər.

Amma ümid edirəm ki, iki lider, bu gün görüşdükdən sonra və növbəti görüş Prezident Ərdoğanla ola bilər. Ümid edirəm ki, iki lider sülh müqaviləsinə nail olmaq üçün ciddi danışıqlara başlamağa razıdırlar”.

Amerikalı politoloq Pol Qobl isə məsələylə bağlı fərqi baxış bucağından çıxış edib:

“İki ölkə və liderlərin əsas məsələlərdə bir-birindən nə qədər uzaq olduğunu nəzərə alsaq, sülh müqaviləsinin imzalana biləcəyini təsəvvür etməkdə çətinlik çəkirəm. 

İmzalansaydı, bu, ya bir tərəfin dağılmasına işarə edərdi, ya da heç bir real sülhə qovuşmazdı. Düşünürəm ki, sərhəddə razılaşma ola bilər, amma ümumi sülhün əldə olunacağına inanmıram”.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!