Bu gün Ümumdünya Vərəmlə Mübarizə Günüdür

saytların hazırlanması

Evə çatdırılma

Bu gün Ümumdünya Vərəmlə Mübarizə Günüdür

Sağlamlıq

24 Mart 2019 20:05 1198


Bu gün Ümumdünya Vərəmlə Mübarizə Günüdür.

“Yeni Sabah” xəbər verir ki, Ümumdünya Vərəmlə Mübarizə Günü Dünya Səhiyyə Təşkilatının qərarı ilə hər il martın 24-də qeyd edilir. 1882-ci ildə alman mikrobioloqu Robert Kox vərəmin törədicilərini kəşf edib. 1905-ci ildə alim tibb sahəsində Nobel mükafatına layiq görülüb. 1982-ci ildə Dünya Səhiyyə Təşkilatı və Beynəlxalq Vərəm və Ağciyər Xəstəlikləri ilə Mübarizə İttifaqı vərəmin törədicisi olan Kox çöpləri aşkar edilməsinin 100 illiyi münasibətilə həmin günü təsis ediblər.

2014-cü ildə aparılan statistikaya əsasən, vaxtında diaqnoz qoyulmaması və səmərəsiz müalicələr nəticəsində 9,6 milyon nəfər vərəmə yoluxub, onlardan 1,5 milyon nəfər, o cümlədən 140 min uşaq vəfat edib. Bununla yanaşı, vərəmlə xəstələnmə səviyyəsi 2000-ci il ilə müqayisədə 18, ölüm göstəricisi isə 1990-cı illə müqayisədə 47 faiz azalıb. Dördpendirli pizza

Ümumdünya Vərəmlə Mübarizə Gününün keçirilməsinin başlıca məqsədi hər şeydən əvvəl onun barəsində əhalinin məlumatlılığını artırmaq və qlobal epidemiyanın ləğvi və profilaktika üsulları ilə əlaqədar səyləri birləşdirməkdən ibarətdir.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!