Bu gündən avtomobillərdə pərdədən istifadəyə icazə verilir

saytların hazırlanması

Evə çatdırılma

Bu gündən avtomobillərdə pərdədən istifadəyə icazə verilir

Avto

01 May 2019 05:49 829


Bu gündən avtomobillərin arxa yan şüşələrində sənaye üsulu ilə hazırlanan  jalüzlərdən istifadə etməyə icazə verilir.  

"Yeni Sabah" xəbər verir ki, bu icazə mayın 1-dən noyabrın 15-nə qədər olan müddətə davam edəcək.

Ləğv olunmuş Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 23 dekabr 2004-cü il tarixli, 093 saylı əmri ilə təsdiq edilmiş AZS 122-2004 standartına 2013-cü ildə edilmiş dəyişikliklə nəqliyyat vasitələrinin arxa yan şüşələrinə, yəni sükan arxasında əyləşmiş sürücünün kürəyindən arxada qalan şüşələrə (məsələn, minik avtomobillərinin arxa qapılarının şüşələrinə) 1 may tarixindən 15 noyabr tarixinədək olan dövrdə sənaye üsulu ilə hazırlanan jalüzlər (pərdələr) çəkilməsinə icazə verilir. Dördpendirli pizza

Qeyd edək ki, Azərbaycanda pərdə və jalüzə görə tələbləri pozan sürücülər üçün 150 manat cərimə müəyyən edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!