Bu gündən hava kəskin soyuyur - Xəbərdarlıq

saytların hazırlanması

Evə çatdırılma

Bu gündən hava kəskin soyuyur - Xəbərdarlıq

Sosial

18 Fevral 2019 14:18 2666


Bu gündən Azərbaycanda hava kəskin dəyişəcək.

“Yeni Sabah” xəbər verir ki, bu haqda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaydığı xəbərdarlıqda bildirilir. 

Belə ki, Bakıda və Abşeron yarımadasında fevralın 18-dən 19-na keçən gecədən başlayaraq 20-dək hava şəraitinin dəyişəcəyi, yağıntılı olacağı, sulu qara keçəcəyi gözlənilir. Şimal küləyinin sürəti 15-20 m/s təşkil edəcək, arabir 23-25 m/s-dək güclənəcək. Havanın temperaturu 19-da ötən günlə müqayisədə 6-8 dərəcə aşağı enəcək, gün ərzində 2 dərəcəyə yaxın isti olacaq. Sezar pizza

Azərbaycanın rayonlarında fevralın 18-i axşamdan 20-si səhərədək hava şəraitinin dəyişəcəyi, arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi şimal və şərq rayonlarında intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək. Havanın temperaturu 19-da ötən günlə müqayisədə 5-7 dərəcə aşağı enəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!