Bu gündən televiziya kanalları HD yayıma keçir

saytların hazırlanması

Evə çatdırılma

Bu gündən televiziya kanalları HD yayıma keçir

Rəqəmsal

28 Yanvar 2022 00:56 2734


Bu gündən "Azerspace-1" peykindən yayımlanan Azərbaycan televiziya kanalları HD (High Definition – yüksək dəqiqlikli) formatda yayıma keçir.

Yenisabah.az xəbər verir ki, bu, yerli televiziya kanallarının yayımında təsvir keyfiyyətinin daha üstün səviyyəyə gətirilməsi məqsədilə həyata keçirilir.

Bununla yayım texnologiyası "MPEG-2" sıxlaşdırma metodundan "MPEG-4" sıxlaşdırma metoduna keçiriləcək. Dominos pizza

Qeyd edək ki, HD formatlı təsvirdə SD formatla müqayisədə, kontentdən asılı olaraq, piksel (təsviri formalaşdıran element) sayı bir neçə dəfə çox olur. Bu isə təsvirin keyfiyyətinin bir o qədər yüksək olmasını təmin edir, nəticə etibarilə tamaşaçıya daha dəqiq və aydın görüntü izləmək imkanı verir.

Yerli televiziya kanalları HD formatda "Azerspace-1" peyki üzərindən 11175/H/30000 tezliyi ilə yayımlanacaq.

Kanalları HD formata keçirmək üçün video təlimatla (https://youtu.be/C_9AGT63abo) tanış olaq olar:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!