“Səfirliyimizə hücum edənlər hər kimdirsə ən sərt şəkildə cəzalandırılmalıdır”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Ceyhun Əhmədli deyib.
O, bildirib ki, həmin hadisəylə bağlı komissiya yaradılmalı, məsələnin siyasi cəhətdən hansı mesajlar verdiyi araşdırılmalı və çıxan nəticəyə əsasən də addım atılmalıdır. pizza
“Hadisəni ilk gördükdə insidentin sadəcə təhlükəsizlikdə yaranan boşluqdan irəli gəldiyi düşünülür.
1961-ci ildə qəbul olunmuş Vyana konvensiyasının 22-ci maddəsinin ikinci bəndinə əsasən səfirliyin yerləşdiyi ölkə aid olduğu səfirliyin təhlükəsizliyini yüksək səviyyədə təmin etməlidir. Azərbaycanın Böyük Britaniyada olan səfirliyinin təhlükəsizliyinin təmin oluna bilməməsi birbaşa olaraq həmin ölkənin məsuliyyətsizliyidir. Səfirliyimizə hansısa radikal dini qrup əlini-qolunu sallayaraq girə bilirsə, orada dağıntılar törədirsə, bayrağımızı endirə bilirsə bu təhülkəsizlikdə yaranan boşluqlardan meydana gəlir.
Böyük Britaniya hüquq-mühafizə orqanları bu mövzuya biganə yanaşmamalı, ciddi araşdırma aparmalı, təqsirli şəxsləri cəzalandmalı, bu hadisənin arxasında hansısa siyasi amillər varsa araşdırılıb uyğun tədbrilər görülməlidir”.
Politoloq bildirib ki, Azərbaycan bayrağı toxunulmazdır, Azərbaycanın milli atributlarına hər bir kəs və hər bir dövlət hörmət etməlidir: “Bayrağımızın orada yerə atılması bizim üçün qəbuledilməz bir haldır və bunu edən şəxslər, qurum və ya hər kimdirsə ən sərt şəkildə cəzalandırılmalıdır”.
Nəsimi Ələsgərli
Telegram kanalımız