Bir müddət əvvəl “Yeni Sabah” hamilə xanımlar üçün nəzərdə tutulan İmmunoRHo 1500 BV preparatının qeyri-qanuni olaraq ölkəyə gətirilməsi və bunun hamilələr üçün təhlükə yaratdığı haqda məlumat yaymışdı.
Qaçaqmalçılıq yolu ilə gətirilən bu preparatların daşınması, saxlanılması zamanı tibbi tələblərə əməl olunmadığından bu həm ana, həm də uşaq üçün ciddi problemlər yaradır. Hətta saxta preparatdan istifadəyə görə rayonların birində uşaq ölümü baş verib. Bu faktla bağlı hazırda hüquq-mühafizə orqanlarında araşdırma aparılır.
Bu azmış kimi, həmin preparatı qaçaqmalçılıq yolu ilə ölkəyə gətirənlər - xüsusilə özəl klinikalar sosial şəbəkələrdə onun açıq reklamını təşkil edir və satışını həyata keçirirlər. Xüsusilə özəl klinikalarda bəzi həkimlər ona müraciət etmiş pasiyentləri aptekə deyil, öz köməkçilərinə yönləndirib preparatın onlardan alınmasına məcbur edirlər. Bununla da onlar insan həyatı ilə risk etdiklərinin fərqində deyillər. pizza sifarişi
Hamilə xanımlar preparatı seçərkən maksimum diqqətli olmalıdırlar. Buna görə də İmmunoRHo 1500 BV ilə bağlı vacib məlumatları diqqətinizə çatdırırıq.
İmmuno Rho qısa məlumat
Qan qrupundan aslı olmayaraq, Rh mənfi ananın qan dövriyyəsinə Rh müsbət dölün qırmızı qan hüceyrələri keçdiyi (döl ana transfuziyası (DAT)) zaman rezus uyğunsuzluq, anada Rh-izoimmunizasiya baş verir.
Belə ki, anada dölün Rh müsbət qanına qarşı antirezus D anticisim sintez olunur. Rh-izoimmunizasiya baş vermiş anada hamiləlik zamanı, döl ana transfuziyası (DAT) olduğu təqdirdə, antirezus D anticisim dölün qanına keçir, dölün qırmızı qan hüceyrələrini parçalayır. Rh-izoimmunizasiya ana orqanizminə təsir göstərmir, dölün və yenidoğulmuşun vəziyyətinin dəyişməsində öz əksini tapır.
İmmuno Rho nədir?
İmmuno Rho insan qanından alınan, antirezus immunoqlobulin olub, anada Rh-izoimmunizasiyanın qarşısını alır. Hamiləlik zamanı qadında Rh (D) anticisim tapılmadıqda, döl ana transfuziya (DAT) riski ilə müşahidə edilən bütün hallarda, rutin antenetal, doğuşdan sonra yenidoğulmuşun qanı Rh müsbət olduqda anti-D immunoprofilaktika məqsədi ilə təyin olunur. İmmunoRHo 1500 BV hazır şpris №1 formasındadır.
İmmunoRHo istifadə edilməsə nə baş verir?
Dölun hemolitik xəstəliyi, ağır hallar baş verir. Döldə anemiya, hidrops, ağır hiperbilirubinemiya (sarılıq) olur, beyinin zədələnməsinə, beyində geridönməyən dəyikliklərə, hətta yenidoğulmuşun ölümünə səbəb olur. İmmunoRHo-ya qədər, keçmiş illərdə hemolitik xəstəlik ilə doğulmuş uşaqlar arasında ölüm halları 60-80 % təşkil edirdi. Bu, hal perinatal ölüm göstəricilərinin yüksək olmasının əsas səbəblərindən biri idi.

İmmunoRHo 1500 BV hazır şpris №1 bu, problemin həllində qızıl standartdır!
KEDRION BİOPHARMA zavodunun Azərbaycan Respublikasında rəsmi distribütoru “Claus Marsh Ltd” şirkətinin Azərbaycan Respublikasında olan nümayəndəliyi, rəsmi şəkildə, standarta və zavod tələblərinə uyğun İmmunoRHo 1500 BV hazır şpris №1 dərman preparatının Azərbaycan Respublikasına idxalını icra edir.
Lakin, hal hazırda pərakəndə və topdan satışda, Azərbaycan Respublikası üçün idxalı qeyri-qanuni, rəsmi sertifikatı olmayan İrandan qaçaqmalçılıq yolu ilə gətirilən, İmmunoRHo 1500 BV hazır şpris №1 dərman preparatı var.
Azərbaycan Respublikasına qeyri-qanuni yolu ilə idxal edilən İmmunoRHo-un, qanuni yol ilə idxal olunan İmmunoRHo-dan fərqi və zərəri nədir?
Qutu və buraxılış formasında heç bir fərq yoxdur, eynidir. Adi vətandaşlar əsli ilə fərqləndirə bilməz!
İmmuno RHO insan qanından alınan məhsuldur. Saxlanması xüsusi standarta uyğun tem. 2-8 0C-də aparılmalıdır. Əks halda parçalanır, keyfiyyət və eyniliyini itirir.
Qaçaqmalçılıq yolu ilə gətirilən, qeyri-qanuni İmmunoRHo 1500 BV hazır şpris №1-də zavod tərəfindən qoyulan bütün xüsusi standartlara və tələblərə nəzarət yoxdur, icra edilmir.

Keyfiyyət və eyniliyini itirmiş İmmunoRHo-un hamilələrdə istifadəsi ana və döldə aşağıdakı ağır mənfi hallara səbəb ola bilər.
Anada: klinik effektsizlik, allergik reaksiyalar, şok.
Döldə: hemolitik xəstəlik, anemiya, hidrops, ağır hiperbilirubinemiya (sarılıq), beyin zədələnməsi, beyində geridönməyən dəyikliklər, yenidoğulmuşun ölümü.
Beləliklə, bir daha diqqətli olun! Təhlükədən maksimum yayınmaq üçün “Claus Marsh Ltd” hamilə qadınlara müraciət edib. Saxta preparat gördüyünüz zaman şirkətin bu məqsədlə yaratdığı “qaynar xətt”ə (055 409 00 17) məlumat vermək xahiş olunur.
Özünüzün və övladınızın həyatına biganə yanaşmayın!
Saxta və orijinal preparatı fərqləndirmək üçün aşağıdakı videonu izləyin!
Telegram kanalımız