“Bu, həmin xalqın xislətini, alçaqlığını göstərir” 

saytların hazırlanması

Evə çatdırılma

“Bu, həmin xalqın xislətini, alçaqlığını göstərir” 

Mədəniyyət

14 Noyabr 2020 10:48 1425


Azərbaycan tolerantlıq və multikulturalizm ünvanı kimi dünyada özünü çoxdan təsdiq edib. Ölkədə yaşayan bütün xalqların, etnik azlıqların hüquq və azadlıqlarının, dini etiqad azadlığının təmin olunmasına mühüm diqqət göstərilir. 

Hazırda Azərbaycanda bütün dini, tarixi, mədəniyyət abidələri bərpa olunur, mühafizə edilir və xalqımızın zəngin mədəni irsinin mühüm tərkib hissəsi kimi gələcək nəsillər üçün qorunub saxlanılır. Ölkədə məscidlərlə yanaşı, kilsələr, sinaqoqlar, ayrı-ayrı dini icmaların ibadət yerləri sərbəst şəkildə fəaliyyət göstərir. 

Lakin monoetnik dövlər olan Ermənistanla bağlı bunları söyləmək olmaz. Çünki Ermənistanda az sayda etnik azlıqların, dini icmaların fəaliyyəti hər vəchlə məhdudlaşdırılır, onlar daim sıxışdılılır, hüquqları kobud şəkildə pozulur. Pepperoni pizza

Qarabağ Seyid Ocaqlarının təmsilçisi, şərqşünas Seyid Camal Əzimbəyli Yenisabah.az-a açıqlamasında bildirib ki, dini və milli-mənəvi dəyərlərə dünyanın heç bir ölkəsində Azərbaycandakı qədər önəm verilmir:

“Tolerantlıq, xoşgörülülük ölkəmizdə yüksək səviyyədədir. Bizdə azsaylı xalqlara qarşı mehriban dostluq, qardaşlıq münasibəti var. Dini ayrı-seçkiliyə qətiyyən yer verilmir. Dinlərə qarşı xoş münasibət özünü demokratiyanın təəssübkeşi sanan ölkələrlə müqayisədə qat-qat yüksək səviyyədədir. 

Biz yeganə ölkəyik ki, torpağımızı işğal edən, insanımızı öz zorakılığının qurbanına çevirən ermənilərin Azərbaycanda yaşamasına icazə veririk. Onların Bakının mərkəzindəki məbədləri, dini ədəbiyyatları Azərbaycan dövləti tərəfindən mühafizə olunur. Digər ölkələrdən gələn nümayəndələr belə buna heyrət edirlər. Dünən mən Azərbaycan əsilli fransız fotoqraf Rza Diqqəti ilə danışdım. O, məscidlərimizdə ermənilərin donuz saxlamasından, onların törətdikləri vəhşilikləri gözləri ilə görməsindən danışdı. Bu, həmin xalqın xislətini, alçaqlığını göstərir”.

Həmsöhbətimiz qeyd edib ki, bütün baş verənlərə baxmayaraq, biz nəinki bizə mənsub olan tarixi abidələrimizi, hətta digər dinlərin abidələrini də qorumaqda  israrlıyıq:

“Azərbaycanda mənəvi dəyərlərin həqiqi təəssübkeşi Prezident İlham Əliyevdir. İnşallah, işğaldan azad olunan torpaqlarımızdakı abidələrin yenidən bərpası Azərbaycan dövlətinin başlıca prinsiplərindən biri olacaq və biz bununla bütün dünyaya insanlığın nə olduğunu sübut edəcəyik. Müharibədən sonra bizim ideoloji baxımdan həyata keçirəcəyimiz işlərdən bəlkə də birincisi dünyaya Azərbaycan həqiqətlərini çatdırmaq, ermənilərin dəyərlərimizə necə təcavüz etməyə çalışdıqlarını göstərmək olacaq. Bu məsələdə xaricdə yaşayan azərbaycanlılar daha böyük qətiyyət nümayiş etdirməlidir”.

Sayad HƏSƏNLİ

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!