Bu iki qidanı yeyib 90 il yaşayırlar

saytların hazırlanması

Evə çatdırılma

Bu iki qidanı yeyib 90 il yaşayırlar

Sağlamlıq

17 Dekabr 2019 22:38 1246


Türkiyədə uzunömürlülərin ən çöx olduğu bölgə Qaradənizdir. Buranın sakinləri 90-100 yaşına kimi yaşayır, bu bölgədə xərçəng xəstəliyi az saydadır.

"Yeni Sabah" Türkiyə mediasına istinadən xəbər verir ki, qardaş ölkənin dietoloqları bu bölgənin üzun ömürlülük sirrini 2 qidada görür - kilkə balıq (hamsi) və fındıq.

Fındıq bağları bu ərazidə çoxdur. Bu çərəz ürək infarktı riskini də azaldır. Sezar pizza

Kilkə balığı isə qaradənizlilərin qida rasionunda ən çox istifadə etdikləri və xərçəngdən qoruyan, damarları açan, görməni artıran faydalı məhsuldur.

Bəslənmə uzmanı Hüseyn Saral bildirib ki, kilkə balıq süd vəzi, bağırsaq və prostat xərçəngi riskini azaldır. Çünki bu balıq Omeqa3 yağı ilə zəngindir. A və D vitaminlər, fosfor insanın əzələ, sümük sistemini güclü saxlayır.

Fındıq isə maqnit ilə zəngindir, sümükləri bərkidir, ürəyi möhkəmləndirir, immuniteti gücləndirir.

Qaradənizdə yaşayan Güzin Şahinlər isə deyib ki, kilkə balığı beyni açır, zəkanı işlədir. "Bizim tarlalarımıza çıxın, hələ də yaşlı insanlarımız işləyir. Əsəblərimiz də sakitdir. Çünki fındıqdakı yağlar sinirləri rahatladır".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!