“Bu ikiüzlü, riyakar və paralı köpəklərin məqsədi Bakı, Kreml və İrəvanı birlikdə hədəfə almaqdır”

saytların hazırlanması

Evə çatdırılma

“Bu ikiüzlü, riyakar və paralı köpəklərin məqsədi Bakı, Kreml və İrəvanı birlikdə hədəfə almaqdır”

Siyasət

29 Dekabr 2021 18:51 2839


“Paşinyanın “Qarabağ Azərbaycan ərazisidir və status Azərbaycan Konstitusiyasına əsasən həll edilməlidir” fikri təkcə Araik Arutunyanı özündən çıxartmayıb. Baş nazir dərhal terrorçu “prezident”in hədələrinə fb-da açdığı canlı yayımla cavab verib. Paşinyan konkret qeyd edib ki, “delimitasiya, demarkasiya prosesi bitməlidir və bizə yalnız və yalnız kommunikasiyaların açılması lazımdır, həm də hamıdan daha çox buna ehtiyacımız var”.  Ermənistanın Baş naziri bu addımı ilə Azərbaycan rəhbərinin mövqeyini tam dəstəklədiyini də ortaya qoyub”.

Yenisabah.az xəbər verir ki, bunu Əziz Əlibəyli deyib.

Siyasi şərhçi bildirib ki, Nikol Paşinyan şahmat gedişi edərək qondarma rejimi Rusiyanın qucağına, dəstəyini isə qərbin ofislərinə itələyib: Pepperoni pizza

“Məhz bu “xod”dan sonra məlum olub ki, Paşinyanın əlehdarı təkcə Xankəndində deyilmiş. Belə ki, heç bir qərb mediası Nikol Paşinyanın Qarabağın taleyi ilə bağlı fikrini tirajlamayıb və konkret üstündən sükutla keçərək, Qarabağın statusunun tanınması, müstəqilliyin qəbul edilməsinə çağırışlara başlayıb. Bu, ikiüzlü, riyakar və paralı köpəklərin məqsədi hazırda Azərbaycanı, Rusiyanı və Ermənistanı birlikdə hədəfə almaqdır”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!