Bu il Azərbaycan xaricə 68,5 milyon dollarlıq alüminium satıb

saytların hazırlanması

Evə çatdırılma

Bu il Azərbaycan xaricə 68,5 milyon dollarlıq alüminium satıb

İqtisadiyyat

21 May 2025 11:01 389


2025-ci ilin yanvar-aprel aylarında Azərbaycandan dəyəri 68 milyon 547 min dollar həcmində 23 min 249 ton alüminium ixrac edilib.

Yenisabah.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, alüminium ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 6 milyon 116 min dollar və ya 9,8% artıb, miqdar ifadəsində isə 571 ton, başqa sözlə, 2,4% azalıb.

Xatırladaq ki, 2024-cü ilin yanvar-aprel aylarıında isə Azərbaycandan 62 milyon 430 min dollar dəyərində 23 min 820 ton alüminium ixrac edilmişdi. Dördpendirli pizza

Qeyd edək ötən il ərzində ixrac edilən alüminiumun 1 kiloqramının orta ixrac dəyəri 5.12 manat olub. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 4,46 manat idi. Bu da illik müqayisədə 13 qəpik və ya 12,5% artım deməkdir.

Bu il ümumi ixracının 0,78%-i, qeyri-neft sektoru üzrə ixracın isə təxminən 6,41%-i alüminiumun payına düşüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!