“Azərbaycan bu il də idmanın müxtəlif növləri üzrə mötəbər beynəlxalq yarışlara ev sahibliyi edəcək. Azərbaycanın mötəbər idman yarışlarına uğurla ev sahibliyi etməsi respublikamızın idman ölkəsi olduğunu bir daha təsdiqləyib. Bu yarışların təşkili çoxlu sayda azarkeşin ölkəmizə təşrif buyurmasına, eyni zamanda, respublikamızda turizmin və iqtisadiyyatın inkişafına, Azərbaycanın dünyada daha da tanınmasına təkan verir. Keçən il Azərbaycana gələn turistlərin sayı artaraq 3 milyona yaxınlaşıb. Bu il nüfuzlu yarışların təşkili ilə Azərbaycana gələn turistlərin sayının cari ildə də artacağı gözlənilir”.
“Yeni Sabah” xəbər verir ki, bu barədə Azərtac-a Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova məlumat verib.
Səmayə Məmmədova qeyd edib ki, nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilən Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Cari ildə Bakıda bir sıra mötəbər idman turnirləri keçiriləcək. Belə irimiqyaslı yarışların ölkəmizə bir çox faydaları olacaq. pizza
S.Məmmədova deyib ki, bu il futbol azarkeşlərini də ölkəmizdə keçiriləcək maraqlı yarış gözləyir. UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün Bakıda keçiriləcək final oyununa Bakı Olimpiya Stadionunda 68 mindən çox tamaşaçı baxa biləcək. İyulda isə Azərbaycan daha bir mötəbər yarışa – Avropa Gənclərinin Yay Olimpiya Festivalına ev sahibliyi edəcək. Avropanın 50 ölkəsindən 2 mindən çox atlet bu mötəbər turnirdə mübarizə aparacaq. 1500-dən çox nümayəndənin qatılacağı mötəbər turnir idmanın on növü üzrə 12 idman qurğusunda keçiriləcək.
Bundan başqa, cari ildə Bakı həm də gimnastikası üzrə üç Dünya Kubokuna, iki Avropa çempionatına və bir dünya çempionatına ev sahibliyi edəcək. Bakıda keçiriləcək hər üç Dünya Kubokunun, eləcə də dünya çempionatının “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıması isə həmin yarışların əhəmiyyətindən xəbər verir.
Telegram kanalımız