“Bu, inqilabi bir addımdır” - Hadı Rəcəbli

saytların hazırlanması

Evə çatdırılma

“Bu, inqilabi bir addımdır” - Hadı Rəcəbli

İqtisadiyyat

09 Fevral 2019 17:58 1074


"Prezident İlham Əliyevin minimum aylıq əməkhaqqının artırılması ilə bağlı sərəncamı inqilabi bir addımdır. Mən və digər deputat həmkarlarım ölkədə minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər irəli sürmüşük. Burada ilkin fikir bundan ibarət idi ki, minimum əməkhaqqı ya 143, ya da maksimum 150 manat olmalı idi. Amma Prezident İlham Əliyev tamamilə fərqli qərar qəbul etdi, Maliyyə Nazirliyinin təkliflərini bir kənara qoyaraq, öz iradəsi ilə bu addımı atdı. Beləliklə, ölkədə minimum əməkhaqqı yaşayış minimumuna çatdırıldı”.

Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib. Komitə sədri qeyd edib ki, minimum əməkhaqqının bu qədər artırılması xalqa qayğının ifadəsidir: "Minimum əməkhaqqının artımı birbaşa olaraq 600 minədək insanı əhatə edəcək. Onlardan dövlət sektorunda işləyən 450 min nəfərin əməkhaqqında 30 faiz, özəl sektorda işləyən 150 min nəfərin əməkhaqqında isə 25 faiz artım özünü göstərəcək. Minimum əməkhaqqının artırılması ilə bağlı dövlət büdcəsindən illik 400 milyon manat ayrılacaq. 2019-cu il üzrə isə 335 milyon manata qədər əlavə vəsait yönəldiləcək”.

H.Rəcəbli bu məsələ ilə bağlı tənqidi fikir səsləndirənlərə də cavab verib: "Həmin insanlar yaxşı nə etsən, tənqid edəcəklər. Yaşayış minimumunu 1000 manat da etsən, yenə tənqid edəcəklər. Bu adamlar yaxşını görə bilməyən, gözü kor, qara eynəkdə olan adamlardır. Minimum əməkhaqqı 38.4 faiz artıb, onlar nə istəyirlər ki? Bir daha qeyd edirəm ki, yanlış anlaşılmasın, bu rəqəm minimumdur. Burada "minimum” ifadəsini niyə işlədirik? Yəni əməkhaqqının ən aşağı həddidir... Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəlində 19 bölmə var, bu artım onların hamısına şamil ediləcək”. Pepperoni pizza

Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!