Bu “iPhone” hərracda 190 min dollara satıldı

Bu “iPhone” hərracda 190 min dollara satıldı

Rəqəmsal Veb saytların hazırlanması

19 İyul 2023 14:46 6838


Birinci nəsil “iPhone” smartfonu hərracda 190 min 737 dollara satılıb ki, bu da onun 2007-ci ildəki qiymətindən (499 dollar) 380 dəfə bahadır.

Hərracın təşkilatçısı “LCG Auctions” kompaniyasının məlumatına görə, satışa çıxarılan “iPhone” modeli 4 GB yaddaşla təchiz edilib. Onun özəlliyi istehsalının cəmi iki aydan sonra dayandırılmasıdır.

Bu, son vaxtlar hərracda rekord qiymətə satılan üçüncü orijinal “iPhone” smartfonudur. Bu ilin fevralında 8 GB yaddaşa malik model 63 min dollara, 2022-ci ilin oktyabr ayında isə oxşar model 39 min dollara satılmışdı.

Qeyd edək ki, “iPhone” dünyada elektron cihazlar arasında ən çox satılan məhsuldur. Onun populyarlığı “Apple Inc” kompaniyasını kapitallaşması 3 trilyon dolları ötən ilk şirkət edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!