“Bu islahat deyil, gözə kül üfürməkdir” - Elçin Şıxlı

saytların hazırlanması

Evə çatdırılma

“Bu islahat deyil, gözə kül üfürməkdir” - Elçin Şıxlı

Siyasət

04 Fevral 2019 21:51 1157


 “Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) qəzetlərin maliyyələşdirilməsi ilə bağlı atdığı son addımlar islahat deyil, sadəcə olaraq görüntü yaratmaqdır. İndiyədək 20-30 qəzetə yardım edirdilərsə,indi bunların sayını azaldıblar. Heç kəsə lazım olmayan jurnalist müsabiqələri yenə də yerində qalır". 

Bu fikirləri  “Ayna” və “Zerkalo” qəzetlərinin təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı bildirib. E.Şıxlı deyib ki, KİVDF bu addımı qəzetlərin satılmaması ilə izah edir, əslində, Fond yaxşı qəzet satışının necə bərpa edilməsi yollarını axtarmalıdır:

"KİVDF bunları etmək əvəzinə, lazım olmayan addımlar atır. Baxın görün, KİVDF-nin maliyyəsini saxladığı qəzetlərin siyahısında kimlər qalıb. Bağlanan qəzetlər siyahıda qalanlardan daha oxunaqlı idilər. Misal üçün, "Bizim yol" qəzeti oxunaqlıdır, amma bağlanır. Lakin "Səs" qəzetini oxuyan yoxdur, ancaq o qalır. Ümumiyyətlə, "Səs" qəzeti partiya qəzetidir və bu qəzetin abunəçiləri partiyadan olur. Əgər partiyadan kimsə bu qəzeti oxumaq istəyirsə, gedib abunə ola bilər. Daha bu cür qəzetlərə partiyadan əlavə büdcə ayrılmasının nə mənası var? Eyni fikirləri siyahıda qalan digər qəzetlər haqqında da söyləmək olar. Bütün bunlara görə də mən KİVDF-nin bu addımını qətiyyən islahat hesab etmirəm. Bu islahat deyil, gözə kül üfürməkdir". pizza mizza

E.Şıxlı problemdən çıxış yolunu da bildiyini söyləyib: "Problemin çıxış yolunu mən bilirəm. Ancaq demək istəmirəm. Çünki söyləsəm, onlar bundan istifadə edəcəklər. Əgər beynləri varsa, gedib işlətsinlər. Daha mən onların əvəzinə yol göstərəsi deyiləm. Əgər problemin çıxış yolu onlar tərəfindən deyil, başqa adamlar tərəfindən soruşularsa, böyük məmnuniyyətlə bunu ən asan çıxış yolunu və proqramını verməyə hazıram".

Demokrat.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!