"Rusiya Finlandiya və İsveçin NATO-ya daxil olması ilə sadəcə barışmayacaq".
Reyting.az "RIA Novosti"yə istinadla xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.
O, Qərbi bununla bağlı heç bir illüziyaya qapılmamağa çağırıb. Marqarita pizza
“Hərbi gərginliyin ümumi səviyyəsi artacaq və bu sahədə proqnozlaşdırma azalacaq. Təəssüf ki, sağlam düşüncə indiki vəziyyətdə nə etmək lazım olduğuna dair bəzi fantom ideyalara qurban verilir”, - deyə diplomat vurğulayıb.
Xarici işlər nazirinin müavini qeyd edib: "Bu, İsveç və Finlandiya rəhbərliyinin səhvidir və çox geniş nəticələrə gətirib çıxarır. Bu, həmin ölkələrdə qərar qəbul edənlərin səviyyəsini nümayiş etdirir.
Telegram kanalımız