Bu kəndin təmirinə 8,8 milyon manat ayrıldı

saytların hazırlanması

Evə çatdırılma

Bu kəndin təmirinə 8,8 milyon manat ayrıldı

İqtisadiyyat

06 İyun 2025 22:17 570


Xocalı rayonunun Təzəbinə kəndində fərdi yaşayış evlərinin təmiri işlərini aparacaq şirkət və sərf olunacaq vəsaitin həcmi müəyyənləşdirilib.

Trend-in məlumatına görə, artıq bununla bağlı Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətində müvafiq işlərə yekun vurulub.

Dövlət xidməti Təzəbinə kəndində 152 fərdi yaşayış evlərinin cari təmiri işlərini "Platin - M" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) həvalə edib və müqavilə bağlayıb. pizza hut

Müqaviləyə əsasən, şirkətə 8 783 933 manat ödənilib.

Sözügedən kənddə qeyd olunan təmir işlərini aparacaq "Platin - M" MMC 2014-cü ildə dövlət qeydiyyatına alınıb.

Nizamnamə kapitalı 100 manat olan şirkətin qanuni təmsilçisi Məmmədov İsfəndiyar Mehman oğludur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!