“Bu kəndlər bizim deyil” - Paşinyandan   ETİRAF

saytların hazırlanması

Evə çatdırılma

“Bu kəndlər bizim deyil” - Paşinyandan ETİRAF

Siyasət

18 Noyabr 2021 00:45 12826


Ermənistan hakimiyyətinin Gorus-Qafan yolunda “Eyvazlı” və “Çayzəmi” adlarından nəyə görə istifadə etməsinə aydınlıq gətirilib.

Yenisabah.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan deputat Mari Karapetyanın sualına cavab verərkən deyib.

Paşinyanın sözlərinə görə, bu ona görə edilir ki, heç kimin erməniləri qeyri-obyektivlikdə ittiham etməyə bəhanəsi olmasın. Dominos pizza

Baş nazir qeyd edib ki, Ermənistan və Azərbaycan arasında sərhəd müəyyən edilməsə də, İrəvan SSRİ xəritələrini rəhbər tutur və sözügedən kəndlər Ermənistan SSR-in ərazisinə daxil deyil:

“Nəyəsə əsaslanmaq lazımdır, əks halda sual oluna bilər ki, nə üçün son silahlı insidentdə Ermənistan tərəfi öz ərazisini qoruduğunu bildirir. Əgər bizdən soruşsalar, necə qərara gəldiniz ki, bu, sizin ərazidir? Biz buna cavab verə bilərik: Eyvazlı və Çayzəminin bizim olmadığına necə qərar vermişiksə, o cür”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!