Paytaxtın Xətai rayonu Neapol və Səməd bəy Mehmandarov küçələrində yenidənqurma işlərinə start verilib.
“Yeni Sabah” xəbər verir ki, küçələr boyu yolun hərəkət hissəsində çalalar və torşəkilli çatlar əmələ gəlib. Bu isə gediş-gəlişdə problemlərə səbəb olurdu.
Sadalanan problemlərin aradan qaldırlması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən uzunluğu 800 m, eni isə 24 metr olan Neapol küçəsində aparılan yenidənqurma və bərpa işləri uğurla davam etdirilir. Aparılan işlər çərçivəsində köhnə asfalt beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri yerlərdə əsasın deformasiyaya uğramış hissələri qazılaraq kənarlaşdırılıb. Bunun əvəzində yararlı material tökülərək yenidən kipləşdirmə işləri aparılıb və əsas yenidən bərpa edilib. pizza hut
Bundan başqa aparılan yenidənqurma zamanı səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün mövcud yağış-kanalizasiya sistemi də yenidən bərpa olunur. Bundan başqa küçə boyu piyadaların rahat gediş-gəlişi üçün mövcud piyada səkiləri yenidən qurulur.
Artıq yolun asfaltlanması işlərinə də başlanılıb ki, bu çərçivədə küçəyə 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənir. Asfaltlanma işləri ümumilikdə 25 min kv.m sahəni əhatə edəcək.
AAYDA-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli bildirib ki, Neapol küçəsi boyu istiqaməti ayırmaq məqsədi ilə 1metr enində ayrıcı zolaq inşa olunub, kənarlarına səki daşları, üzərinə isə tamet daşları düzülüb:
“Ayrıcı zolaq boyu yolun işıqladırılması üçün yeni işıq dirəkləri quraşdırılacaq. Təmir-bərpa işləri Neapol küçəsinin 14 metr enə malik köməkçi yollarını da əhatə edir. Anoloji işlər Səməd bəy Mehmandarov küçəsində də aparılır. Küçənin uzunluğu 3.2 km metr, eni isə 20 metr təşkil edir”.
Telegram kanalımız