“Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin açıqladığı kimi, üç ölkə Orta Dəhliz üzrə vahid inkişaf və tarif modeli hazırlayır. Bu yanaşma marşrutun daha sürətli, koordinasiyalı və rəqabətqabiliyyətli fəaliyyət göstərməsinə xidmət edəcək”.
“Yeni Sabah” xəbər verir ki, bu barədə nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev öz “Facebook” səhifəsində yazıb. O bildirib ki, Azərbaycan, Qazaxıstan, Gürcüstan və Türkiyənin koordinasiyalı fəaliyyəti Orta Dəhlizi yalnız alternativ marşrut deyil, Avrasiya ticarətinin əsas logistika dəhlizlərindən birinə çevirmək potensialına malikdir:
“Bununla yanaşı, Azərbaycan və Qazaxıstan Xəzər dənizində dərinləşdirmə işləri, yük gəmi donanmasının genişləndirilməsi və liman infrastrukturunun inkişafı istiqamətində birgə layihələri davam etdirirlər. Dünyanın ən böyük konteyner daşımaları şirkətlərindən biri olan MSC-nin Xəzər regionunda liman infrastrukturuna investisiya marağı isə Orta Dəhlizin beynəlxalq əhəmiyyətini daha da artırır. pizza hut
Bu prosesdə Türkiyənin rolu da xüsusi əhəmiyyət daşıyır. Orta Dəhlizin Avropaya çıxış qapısı kimi Türkiyə Bakı–Tbilisi–Qars dəmir yolu, Marmaray tuneli, Yavuz Sultan Səlim körpüsü, Filyos, Mersin və digər limanlar vasitəsilə Asiya ilə Avropa arasında fasiləsiz multimodal əlaqəni təmin edir. Türkiyədə logistika mərkəzlərinin, intermodal terminalların və dəmir yolu infrastrukturunun inkişafı marşrutun ötürmə qabiliyyətini əhəmiyyətli dərəcədə artırır.
Azərbaycan, Qazaxıstan, Gürcüstan və Türkiyənin koordinasiyalı fəaliyyəti Orta Dəhlizi yalnız alternativ marşrut deyil, Avrasiya ticarətinin əsas logistika dəhlizlərindən birinə çevirmək potensialına malikdir. Bu əməkdaşlıq region ölkələrinin iqtisadi inteqrasiyasını gücləndirməklə yanaşı, Avropa ilə Asiya arasında yükdaşımaların sürətini, etibarlılığını və səmərəliliyini də artıracaq”.
Nazim Hacıyev
Telegram kanalımız