Şirvan Peşə Liseyinə yeni direktor təyin olunub.
“Yeni Sabah” xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyin direktoru İlqar Bayramlı əmr imzalayıb.
Əmrə əsasən Vasif Eyvazov adıçəkilən liseyin direktoru vəzifəsinə gətirilib. pizza mizza
O, kollektivə təqdim olunub.
Daha sonra agentliyin direktoru İlqar Bayramlı liseyin maddi-texniki bazası ilə tanış olub, tədris auditoriyalarına baxış keçirib və tədrisin təşkili prosesi ilə maraqlanıb.
Qeyd edək ki, Vasif Eyvazov 2006-cı ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində “İdarəetmə mühəndisliyi” ixtisası üzrə bakalavriat təhsili alıb. Daha sonra Müdafiə Nazirliyinin tabeliyində olan müxtəlif hərbi hissələrdə zabit vəzifəsində qulluq edib.
2014-cü ildən etibarən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində müxtəlif pedaqoji vəzifələrdə çalışıb.
2017-2024-cü illərdə Ağdam rayonu 71 nömrəli tam orta ümumtəhsil məktəbində hərbi hazırlıq rəhbəri, direktor müavini və direktor vəzifələrində işləyib.
2025-ci ildən Şirvan Peşə Liseyinə direktor təyinatınadək N.S. Teymurov adına 231 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru vəzifəsində fəaliyyət göstərib.
Telegram kanalımız