Bu marketlərdə vaxtı keçmiş məhsullar satılır -   SİYAHI

saytların hazırlanması

Evə çatdırılma

Bu marketlərdə vaxtı keçmiş məhsullar satılır - SİYAHI

Sağlamlıq

18 Fevral 2026 13:03 675


“Volt”, “Megastore” və “The Place”da istehlaka yararsız qida məhsulları aşkarlanıb.

Bu barədə “Yeni Sabah”a Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Bildirilib ki, qurumun əməkdaşları paytaxtın Nəsimi rayonu, X.Şuşinski küçəsində yerləşən, “Volt Services Azərbaycan” MMC-yə məxsus “Volt” marketdə, Nərimanov rayonu, A.Alı küçəsində yerləşən, “Grand-Mart” MMC-yə məxsus “Megastore” ticarət obyektində, həmçinin Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsində yerləşən, “Our Company” MMC-yə məxsus “The Place” ictimai iaşə obyektində baxış keçiriblər. Dominos pizza

Yoxlama zamanı yararlılıq müddəti bitmiş qida məhsullarının satışa çıxarıldığı və istehlaka təqdim edildiyi aşkarlanıb. “Megastore” supermarketdə və “The Place” ictimai iaşə obyektində sanitariya norma və qaydalarının tələblərinin pozulduğu da müəyyən edilib.

Baxış zamanı aşkar olunan istehlaka yararsız ət və süd məhsulları, dondurulmuş yarımfabrikatlar, unlu məmulatlar və alkoqolsuz içkilər dövriyyədən çıxarılaraq məhv edilib. Sahibkarlıq subyektləri barəsində inzibati protokol tərtib olunub.

Aytac Əliyeva


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!